"Dünyanın bütün ölkələrində Azərbaycanın xalçalarına təlabat var".
Bunu Bakıda xalçaçılığın inkişafına həsr edilmiş elmi-praktiki konfransda "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər Azərbaycandan Yaponiyaya xalça ixracı ilə bağlı müqavilə imzalanacaq: "Onlara nümunələr göndərmişik".
V.Muradov həmçinin qeyd edib ki, gələn il ölkədə 10 xalça fabrikinin tikilməsi nəzərdə tutulur: "Bununla da bu tipli fabriklərin sayı 30-a çatacaq. Həmçinin regionlarda yun tədarükü məntəqələri də tikilir".
"Azərxalça"nın sədri ötən ilin dekabr ayında Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici Boyaq Fabrikinin təməlinin qoyulduğunu xatırladıb və əlavə edib ki, tikinti işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır: "Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Müəssisəni xammalla təmin etmək məqsədilə 5 yun və boyaq maddələri tədarükü məntəqəsinin tikintisi aparılır və tikinti işləri ilin sonunadək yekunlaşacaq". Report
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq




















































