Azərbaycanın işğal altındakı Xankəndi şəhərini özünə paytaxt etmiş qondarma separatçı erməni rejimi 2018-ci ilin 1-ci yarısı haqda "maliyyə hesabatı" verib.
Moderator.az "KarabakhTV"-yə istinadla xəbər verir ki, bu haqda "maliyyə nazirliyi" adlandırılan saxta qurum məlumat yayıb. Məlumata görə, Moskva və İrəvanın dəstəyi ilə mövcud olan hərbi xunta rejimi cari ilin 6 ayı ərzində işğal altındakı Azərbaycan torpaqlarındakı əhali və obyektlərdən vur- tut 26 mlrd. 956,4 mln. dram (55,031700 mln. dollar) məbləğində vergi və rüsum toplayıb. İddiaya görə, bu rəqəm planlaşdırılmış məbləğdən(25 mlrd. 400 mln. dram) 6, 1 faiz çoxdur.
Xəbərdə deyilir ki, vergi və rüsumların artmasında əsas yük işğal altındakı Azərbaycan torpaqlarındakı əlvan metal, o cümlədən qızıl, mis və molibden yataqlarının istismarıyla məşğul olan "Beyz Metals" şirkətinin payına düşür. Digər səbəb kimi isə "iqtisadi artım" göstərilir.
P.S. Əlaqədar qurumlar, yəqin, təxminən hesablayarlar ki, işğal altındakı torpaqlar əlimizdə olsaydı, neçə milyardlar toplayardıq oralardan?..
Sultan Laçın
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































