Ötən gecə Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının yarımstansiyalarının birində baş verən qəza nəticəsində İrana elektrik enerjisinin ixracı dayandırılıb.
Bunu "Report"a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.
Qeyd edək ki, aprel ayında "Azərenerji" və "TAVANİR" şirkəti arasında imzalanan müqaviləyə əsasən iyunun 1-dən etibarən "Azərenerji" İranın təcrid olunmuş ada rejimində olan Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlayıb. Ötürülmənin pik gücü 80 MVt-a çatır.
Xatırladaq ki, iyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.
Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































