Norveçin bir qrup alimi yeni tədqiqat aparıblar və nəticələr "Natural Climate Change" elmi jurnalında dərc edilib.
Alimlər 1970-2016-cı illər ərzində toplanmış məlumatları tədqiq edərək Arktikanı və Rusiyanı fəlakətin gözlədiyi qənaətinə gəliblər.
"Arktikada "qaynar nöqtə" yaranıb. Bu isə Barens dənizində iqlim dəyişikliyinə səbəb olacaq. Eyni zamanda onun ekosisteminə ciddi məhvedici təsir edəcək", - deyə məqalədə bildirilir.
2000-ci ilin ortalarından dənizdə tempratur və suyun duzluluğu kəskin şəkildə artıb. Bu isə şirin suyun miqdarının azalması ilə əlaqəli ola bilər. Şirin su buzların əriməsi nəticəsində yaranır.
Məqalədə qeyd edilir ki, bu, Barens dənizinin ekosistemi üçün qeyri-məlum nəticələrə səbəb olacaq. Eyni zamanda dəniz canlıları və balıq sənayesi üçün də fəsadlar baş verəcək.
Ekspertlərin fikrinə görə, tezliklə Arktika iqlimi daha isti iqlimlə əvəzlənəcək. Hazırda dənizin şimal hissəsinin ekosistemi buz örtüyündən asılıdır. Amma soyuq sular isti Atlantik axınları səbəbindən şimala doğru çəkilir. Ölke.az
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq




















































