Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.
Mediainfo.az-ın ölkə.az-a istinadən xəbərinə görə, bu dəyişikliklər tütün məmulatlarına tətbiq edilən vergi dərəcəsinin artırılması ilə bağlıdır.
Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.
Həmin maddəyə edilən digər dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. Qeyd edək ki, indiyədək bu məbləğ 4 manat idi.
Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































