Dövlət rüsumu haqqında qanun layihəsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən ölkəyə daxil olan mobil cihazlar dövlət qeydiyyatına alınarkən dövlət rüsumu tələb ediləcək.
Mediainfo.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Ziyad Səmədzadə məlumat verib.
Millət vəkili qanuna edilən dəyişikliyin əhəmiyyətindən danışıb:
"Müşahidələr göstərilir ki, mobil cihaz vasitələri şəxsi istifadə adı ilə ölkəyə gətirilir, sonra ayrı-ayrı şəxslərə satılır. Bunu müvafiq qurumların illik hesabatları da təsdiq edir. Dövlət Gömrük Komitəsinin 2017-ci il hesabatına görə, ötən il ölkəyə 800 min ədədə yaxın mobil cihaz rəsmi qaydada idxal edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, 2.8 milyon mobil cihaz qeydiyyata alınıb. Bu rəqəmlər arasında fərq 3.6 dəfə çoxdur. Qeyri-rəsmi bazarın ümumi bazarda payı çoxdur. Bu sahədə tənzimlənməyə ehtiyac var. Artıq marka və modellərindən asılı olaraq idxal edilən telefonlara rüsum tətbiq ediləcək".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































