Kuveytli investor Bakıda yerləşən "Monolit Plaza" lüks hotelini alıb.
Bunu Trend-ə vəziyyətlə tanış olan mənbə bildirib.
Mənbənin sözlərinə görə, hotelin yaxınlarda adı dəyişdirilə bilər: "Ümumilikdə, investor Qəbələdə yeni hotel və ticarət mərkəzi tikməyi planlaşdırır. O, həmçinin, Bakıda torpaq sahəsini icarəyə götürüb".
Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ölkə ərazisində xarici vətəndaşlara torpaq sahələrini almağa imkan vermir və yalnız icarəni nəzərdə tutur. Əcnəbilərə kənd təsərrüfatı istehsalı üçün icarəyə götürülən torpaq sahəsinin maksimum icarə müddəti 10-15 ildir, digər məqsədlərlə götürülən sahələrə - 99 il.
Daha öncə, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edib ki, ərəb investorlar Azərbaycanda turistik daşınmaz əmlaka marağı artırıblar. Ağakərimov deyib ki, onların diqqətini təkcə Bakı deyil, həmçinin regionlar da cəlb edir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































