Azərbaycan hökumət qurumlarından ümumilikdə 40-a yaxın "Xəzər" avtomobili sifariş verilib.
Mediainfo.az "Report"a istinadən xəbər verir ki, bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.
E.Axundov bu qurumların adlarını da açıqlayıb: "Xəzər" avtomobillərini sifariş verən qurumlar arasında İqtisadiyyat, Energetika və Vergilər Nazirlikləri, Mərkəzi Seçki Komissiyası (MSK) var".
Şirkət rəsmisi, həmçinin ilin sonunadək avtomat ötürücü qutusuna malik olan avtomobillərin istehsalına başlanacağını da qeyd edib. Onun sözlərinə görə, avtomat ötürücü qutusuna malik avtomobillər mexanikadan 1 000-1 500 manat baha satılacaq: "İlin sonuna qədər "Peugeot" və digər model avtomobillərin də istehsalına başlanılacaq. Avtomobilləri ilkin 20% ödəniş etməklə 4 illik lizinq şərtləri ilə almaq olar. Bu zaman illik faiz dərəcəsi təxminən 18%-ə bərabər olacaq. Kreditlə almaq istəyənlər isə ilkin ödəniş kimi avtomobilin dəyərinin 50%-ni ödəməlidirlər".
Qeyd edək ki, Neftçala Avtomobil Zavodunda "Xəzər SD" və "Xəzər LD" markalı avtomobillər istehsal olunur. "Xəzər SD" 16 min manat, "Xəzər LD" isə 18 min manata təklif edilir. Zavodun illik istehsal gücü 10 min avtomobildir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































