1963-cü ilin "Ferrari"si 70 milyon dollara satılıb

1963-cü ilin "Ferrari"si 70 milyon dollara satılıb

1963-cü il istehsalı olan "Ferrari" markalı yarış avtomobili rekord 70 milyon dollar qiymətinə satılıb ki, bu da bütün dövrlər ərzində satılan ən bahalı maşındır.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən CNBC məlumat yayıb.

Telekanalın məlumatına görə, avtomobili maşın salonları üçün ayaqaltlıqları hazırlayan "WeatherTech" şirkətinin təsisçisi Devid Maknil alıb.

Bildirilir ki, avtomobil satışı üzrə əvvəlki rekord da 1963-cü il istehsalı olan "Ferrari"yə məxsusdur. O, 2013-cü ildə 52 milyon dollara satılıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az