Aİ Azərbaycanın beş tankerini sanksiyalardan çıxarıb
25 Aprel 14:13
Rusiya prezidenti Vladimir Putin "Cənub Qaz Dəhlizi"nin işə salınmasını şərh edib.
Bu barədə "Rusiya 24" telekanalı xəbər verib.
"Cənub Qaz Dəhlizi"nə gəldikdə, biz bu sahədə istənilən iqtisadi fəallığı alqışlayırıq", deyə V.Putin bildirib.
O əlavə edib ki, Rusiya enerji daşıyıcılarının Avropa bazarına tədarükünün diversifikasiyasını alqışlayır. "Biz bazar şəraitinin yaranmasında maraqlıyıq", deyə Rusiya dövlət başçısı vurğulayıb.