ABŞ Türkmənistandan pambıq almayacaq

ABŞ Türkmənistandan pambıq almayacaq

ABŞ Türkmənistandan pambıq və pambıq məhsullarının ölkəyə gətirilməsinə qadağa qoyub.

Mediainfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ sərhəd və gömrük mühafizəsi idarəsinin saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumata görə, qərar mayın 18-də qəbul edilib.

Qərarın səbəbinə dair açıqlama verilməyib. Lakin, məlumdur ki, qərarın təşəbbüskarı olan "Cotton Campaign" humanitar təşkilatı dəfələrlə Orta Asiyada pambıq istehsalatı sahəsində uşaq və qul əməyindən istifadə olunduğunu iddia edib. Təşkilatın səyləri nəticəsində həmçinin "Inditex", "IKEA" və "H&M" kimi iri ticarət şəbəkələri də Türkmənistan pambığının tədarükünü dayandırıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az