Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsində iştirak imkanı əhəmiyyət kəsb edir.
Mediainfo.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu "Türkmengaz" dövlət konsorsiumun sədri Mırat Arçayev Türkmənistanın "Avaza" milli turizm kompleksində keçirilən IX Beynəlxalq Qaz Forumunda bildirib.
Onun sözlərinə görə, Türkmənistan qazını TANAP və TAP layihələri vasitəsi ilə Avropa bazarlarına çatdırmağa imkan verəcək Transxəzər boru kəməri layihəsi gündəmdən çıxarılmayıb.
Öz növbəsində Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib ki, TANAP layihəsi Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir və iştirakçı ölkələr Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qatılmasında maraqlıdırlar: "Ona görə hamı Xəzər konvensiyasının imzalanmasını və Xəzərin statusunun müəyyənləşdirilməsini gözləyir. Türkmənistandan Azərbaycana Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi və türkmən qazının Avropaya TANAP vasitəsi ilə nəql etmək imkanı layihənin rentabelliyini artıracaq".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































