Dörd ayda dəmir yolu ilə 4,4 milyon ton yük daşınıb

Dörd ayda dəmir yolu ilə 4,4 milyon ton yük daşınıb

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-aprel aylarında 4,4 milyon ton yük və 828,4 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, 4 ayda 2017-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,7 faiz azalma, sərnişin daşınmasında isə 3,2 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 316 vaqon yüklənib, 390 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12 min ton, Qərb istiqaməti üzrə 4,7 min ton, Cənub istiqaməti üzrə 0,4 min ton yüklənmə işi yerinə yetirilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az