Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan Amerikada yaşayan məşhur türkiyəli iqtisadçı Daron Acemoğlunu ölkənin iqtisadiyyatını dirçəltmək üçün Yerevana dəvət edib.
Politoloq Şahin Cəfərli Paşinyanın bu addımmını "təhlükəli" adlandırıb:
"Diqqətimi çəkən və narahatlığıma səbəb olan budur ki, Paşinyan dünya şöhrətli iqtisadçı Daron Acemoğlunu Ermənistana dəvət edib. Daron Acemoğlu Türkiyədə doğulmuş və Galatasaray litseyini bitirmiş ermənidir. Hazırda ABŞ-da dünyanın ən məşhur universitetlərindən olan MIT-nin professorudur. Acemoğlu kifayət qədər mötədil mövqeli insandır, onun Türkiyəyə və Azərbaycana qarşı hər hansı radikal fikrinə rast gəlməmişəm. Türkiyəyə tez-tez gedir, konfranslarda iştirak edir, hökumətə tövsiyələr verir. (Təbii ki, nəzərə alan yoxdur.)
Paşinyan bildirib ki, Acemoğlu onun təklifini müsbət qarşılayıb və Ermənistanın iqtisadi inkişafına kömək edəcəyini deyib.
Əgər Paşinyan erməni diasporunun gücünü və intellektual potensialını Ermənistanın inkişafına yönəldə bilsə, ciddi uğurlara nail olacaq. Azərbaycan hökuməti bu amili nəzərə alıb, istər demokratik, istərsə də iqtisadi islahatlar istiqamətində lazımi addımları nəhayət ki, atmalıdır". Qafqazinfo
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































