Aİ Azərbaycanın beş tankerini sanksiyalardan çıxarıb
25 Aprel 14:13
Yaponiyadakı Minami-Torişima adasında böyük kəşfə imza atıblar.
"Sputnik" xəbər verir ki, uzunluğu 1,3 kilometr olan, bir müddət hərbi məqsədlər üçün istifadə olunan bu ərazidə mütəxəssislər tərəfindən araşdırma başlayıb. Hazırda yaşayış olmayan adada nadir elementlər və qiymətli daşlar tapılıb.
Alimlər adadan ittrium, evropium, terbium və disprozium maddələrinin tapıldığını açıqlayıblar. Onlar bu elementlərin 500 milyard dollara yaxın qiymətinin olduğunu bildiriblər. Mütəxəssislərin sözlərinə görə, bu maddələrdən kosmik cihazların, iPhone və digər cihazların hazırlanmasında istifadə edilə bilir.