Kənd Təsərrüfatı Nazirliyinin elan etdiyi tender müqaviləsi əsasında Çindən alınması nəzərdə tutulan 13 min qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumunun (qrena) 7 min qutusu bu gün ölkəyə gətirilib.
"Report" nazirliyə istinadən xəbər verir ki, toxumlar inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb.
Stansiyada inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında respublikanın 40 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub.
Aprelin 24-də isə ikinci mərhələdə daha 6000 (altı min) qutu hibridipəkqurdu sənaye toxumları (qrena) gətirilərək kümçülərə əvəzi ödənilmədən paylanılacaq.
Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir. Bununla yanaşı, ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, toxum zavodlarınının və kümçülərin damazlıq barama toxumları ilə təmin ediıməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurularaq bu il istifadəyə veriləcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































