Trans-Anadolu Boru Kəməri (TANAP) bu ilin iyul ayının əvvəlində Türkiyənin daxili qazpaylayıcı şəbəkəsinə qoşulacaq.
"Report" xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol boru kəmərinin Əskişəhərin-Seyidqazi ərazisində inşası davam edən MS2 ölçmə və CS5 kompressor stansiyasında jurnalistlərə bildirib.
"TANAP-ın inşaat işlərinin 93%-i yekunlaşıb. İyun ayının sonuna sistem kommersiya qazının nəqli üçün hazır olacaq. İyul ayının əvvəlində isə TANAP-dan BOTAŞ-ın daxili qazpaylayıcı şəbəkəsinə kommersiya qazı nəql olunmağa başlanacaq. Bu ilin yanvar ayında TANAP-ın sınaq işlərinə başlanılıb. Layihə üzrə işlər uğurla həyata keçirilir", - deyə o, qeyd edib.
Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































