Rusiyanı böhran bürüyür, rubl çökür - Smit

Rusiyanı böhran bürüyür, rubl çökür - Smit

Rusiyanın fond bazarının çökməsi investorların diqqətini cəlb etməməlidir. Moskva və Vaşinqton arasında çətin geosiyasi situasiyada ABŞ-ın hansı şirkətə zərbə vuracağını demək çox çətindir.

Axar.az xəbər verir ki, bu iddia ilə amerikalı iqtisadçı Con Pol Smit çıxış edib. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə rublun kursu tutqun olaraq qalacaq:

"İstənilən şirkət ABŞ tərəfindən hədəf seçilə bilər. Bu isə öz növbəsində böyük nəticələrə səbəb ola bilər. İnvestorlar Rusiya dövlətinin müəyyən aktivlərinə yatırımda diqqətli olmalıdırlar. Tezliklə, bu ölkədə maliyyə böhranı başlayacaq ki, bu da yerli valyutanın devalvasiyasına şərait yaradacaq".

Qeyd edək ki, Smit 1998-ci ildə Rusiyanın defoltunu proqnozlaşdıran şəxs kimi tanınır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az