Son günlərdə qonşu Rusiyada rublun və Türkiyədə lirənin dollara nisbətdə dəyər itirməsi Azərbaycanda da narahatlıq yaradıb. İnsanlar manatın növbəti dəfə devalvasiyaya uğrayacağı ajiotajını yaşayırlar.
Amma Mərkəzi Bankın sədri Elman Rüstəmov açıqlama verdi ki, manatın devalvasiyasından heç bir söhbət gedə bilməz. Ekspertlər də bu ajiotajın müvəqqəti olacağı qənaətindədirlər.
İqtisadçı ekspert Samir Əliyev "Azadinform"-a açıqlamasında təəssüf hissi ilə deyib ki, bu işdə bəzi bankların özünün də rolu var: "Kimlərsə süni şəkildə ajiotaj yaratmaq istəyir. Bankların bu məsələdə hansısa formada rolu və maraqları var. Görünür, kreditləşmədən gəlir əldə etməyən bankalar bundan müəyyən qədər gəlir əldə etmək istəyirlər. Hökumət bu məsələdə diqqətli olmalıdır. Dollar bolluğu yaratmaq yolu ilə ajiotaj yatırılmalıdır. Bunun üçün potensial var, tədiyyə balansı imkan verir ki, Mərkəzi Bank bu məsələni həll etsin".
İqtisadçı bildirib ki, bir müddət əvvəl manatın bahalaşması riski olsa da, Mərkəzi Bank buna imkan vermədi: "Bundan sonra da manatın ucuzlaşmasına imkan daxilindən yol verməyəcək. Dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşmazsa, ölkədə siyasi bir gərginlik olmazsa, dolların manata olan məzənnəsi təxminən indiki səviyyədə qalacaq. Hazırda kəskin devalvasiya təhlükəsi yoxdur, manatın cüzi ucuzlaşması məsələsi isə mümkündür. Hər şey hökumətin qərarından asılı olacaq".

Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

.jpg)

.jpg)