İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüquqları vardır və təcrübə göstərir ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması işçilərin həyat və sağlamlığının qorunması ilə yanaşı, əmək məhsuldarlığının da artmasına imkan verir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Xətai rayonunda təşkil etdiyi "Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri" mövzusunda təşkil etdiyi seminarda vurğulanıb.
Rayon ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin, əməyin mühafizəsi üzrə mütəxəssislərin, işçilərin iştirak etdikləri seminarda əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinin, əməyin mühafizəsi normalarının, standart və qaydalarının əmək münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün məcburi olduğu diqqətə çatdırılıb. Seminarda əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləri, əməyin mühafizəsinin əsas prinsipləri və normativ hüquqi tənzimlənməsi, bu sahədə mülkiyyətçinin və işəgötürənlərin, işçilərin vəzifələri barədə məlumat verilib. Habelə müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı əməyin mühafizəsi tələbləri, işçinin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlardan bəhs olunub.
Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində əməyin mühafizəsi xidmətinin yaradılması ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər təqdim edilib. Qeyd olunub ki, əməyin mühafizəsi xidmətlərinin tərkibinə əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını mükəmməl bilən mütəxəssislər daxildir. Əməyin mühafizəsi xidmətinin mütəxəssisləri əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək hüququna malikdirlər.
Seminarda mövzu ilə bağlı iştirakçıların sualları da cavablandırılıb, onlara mövzu üzrə maarifləndirici bukletlər paylanıb. Tədbir zamanı bu və ya digər iş yerində istehsalat qəzalarının qarşısının alınması üçün görülməli olan önləyici tədbirlər barədə də ətraflı məlumatlar verilib.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































