Rusiya ABŞ sanksiyalarına cavab verə bilməyəcək.
Bunu "Novoya qazeta"ya açıqlamasında rusiyalı iqtisadçı Sergey Xestanov deyib.
"Amerika şirkətlərinin Rusiyada elə də böyük biznesi yoxdur. Ona görə də sanksiyalara cavab təsirli olmayacaq. Rublun devalvasiyası isə böyük ehtimalla baş tutacaq. Lakin bu dəfə 5-10% həcmində olacaq. Devalvasiya bu dəfə bir sıra ixracatçılara və federal büdcəyə fayda gətirəcək", – deyə o bildirib.
Digər iqtisadçı Aleksandr Losev isə rubl üçün hazırda sanksiyaların yox, daha çox xarici monetar faktorların qorxulu olduğunu deyib:
"Hər şey ABŞ Federal Ehtiyat Sistemindən asılı olacaq. Əgər FES faiz dərəcələrini artırmağa davam etsə, o zaman rubl və dollar arasında gəlirlilik fərqi o qədər aşağı olacaq ki, bu, artıq oyunçuların öz risklərini kompensasiya etməsinə imkan verməyəcək. İnvestorlar artıq rubla yüksək gəlirli valyuta kimi yatırım edilməsinin mənasız olduğunu anlayacaqlar".Axar.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































