Oman Bakıda daşınmaz əmlak üçün investisiyaları artırıb.
Bunu virtualaz.org-a Oman Sultanlığının Türkiyədə və Azərbaycandakı səfiri Qasım bin Məhəmmədi bin Salem əl-Salhi deyib.
Diplomat bildirib ki, Omanın Azərbaycan paytaxtının daşınmaz əmlakına investisiyalarının həcmi bu gün milyon dollarla ölçülür. Oman investorları Bakıda artıq beş bina əldə ediblər və onları mehmanxanaya çevirəcəklər.
"Son illər ərzində Omandan Azərbaycana on minlərlə turist gəlib və belə qonaqların sayı daim artır. Yaxın vaxtlarda ölkələr arasında daha bir aviareys açılacaq: Maskat- Bakı. Bu, turist axınına imkan yaradacaq. Amma biz istəyərdik ki, turizm hər iki tərəfə inkişaf etsin. Azərbaycan turistlərini sultanlığa cəlb etmək üçün tezliklə Omandan Bakıya turizm firmaları qrupunun nümayəndələri gələcəklər", - deyə əl-Salhi bildirib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































