"Azərbaycan dünyada mədəniyyətlərarası dialoqa böyük töhfə verir"
Bunu Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda aralıq nazirlər konfransında bildirib.
Ölkə başçısı bildirib ki, Azərbaycan öz tarixi, mədəniyyəti ilə fəxr edir. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh və əmin amanlıq şəraitində yaşayıb. Azərbaycan həmişə mültikultural ölkə olub.
"Azərbaycan bundan sonra da bu dəyərləri inkişaf etdirəcək. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. 100 il əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk dəfə qadınlara səsvermə hüququ verib. Bu, 100 il əvvəl azadlığın ən yüksək səviyyəsi idi. Biz 26 ildir müstəqilik. Lakin müstəqilliyin ilk illərində Dağlıq Qarabağ münaqişəsi, iqtisadi çətinliklər ilə üzləşmişdik. İqtisadi müstəqillik önəmlidir. Məhz buna görə də biz iqtisadi inkişafa önəm verdik. Bu gün Azərbaycan güclü iqtisadiyyata malikdir. Bizim iqtisadiyyatımız ötən 15 ildə 3 dəfədən çox artıb. Bu da dünyada bir rekorddur".Azvision.az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































