Yaxın zamanlarda Azərbaycanda iki yeni günəş elektrik stansiyası açılacaq.
Bu barədə özəl olaraq Trend-ə "Azgüntex" şirkətinin baş texnoloqu Nizami Əsgərov məlumat verib.
N.Əsgərovun sözlərinə görə, stansiyalar şirkətin günəş panelləri ilə işləyəcək:
"Bakının Sahil qəsəbəsindəki stansiya artıq istifadəyə tam hazırdır. Onu elektrik şəbəkəsinə qoşmaq qalır. Stansiya işə düşəndən sonra Sumqayıt şəhərindəki analoji stansiyanın istifadəyə verilməsi planlaşdırılır".
Bu gün Azərbaycanda günəş elektrik stansiyaları Qobustan və Samux şəhərlərində, eləcə də Pirallahı və Suraxanı qəsəbələrində fəaliyyət göstərir.
N.Əsgərov bildirib ki, Qobustandakı stansiya şəhərin elektrik enerjisinə olan tələbatını tam təmin edir:
"Məqsəd bu cür elektrik stansiyalarının sayını artırmaq və alternativ enerjinin imkanlarından maksimum yararlanmaqdır".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































