İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfəri çərçivəsində neft-qaz sahəsində əməkdaşlıq barədə saziş imzalamağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu H.Ruhani Aşqabada səfəri ərəfəsində Tehran hava limanında jurnalistlərə açıqlamasında deyib.
İran Prezidenti, həmçinin qonşu ölkələrlə əlaqələrin genişləndirilməsinə çağırıb.
Qeyd edək ki, H.Ruhani regiona səfərləri çərçivəsində Türkmənistana yola düşüb. O, sabah Azərbaycana gələcək.
Bundan əvvəl martda İran və Azərbaycan Xəzərdəki neft bloklarının işlənməsi sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin şərtləri üzrə danışıqlar aparıblar.
Xatırladaq ki, "Naftiran Intertrade Company" (NICO, İran Milli Neft Şirkətinin (NIOC) törəmə müəssisəsi) Azərbaycanın "Şahdəniz" qaz yatağının işlənməsi üzrə konsorsiumda 10 faiz iştirak payına sahibdir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































