Rusiya və Böyük Britaniya arasındakı "ikinci dalğa gərgin münasibətləri" şimal qonşumuzun köhnə qitənin aparıcı ölkələri ilə də münasibətlərinin kəskinləşməsinə səbəb olub.
Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, ABŞ-ın yeni sanksiyalar siyahısını genişləndirməsi fonunda rublun məzənnəsində cüzi də olsa, azalmala müşahidə edilir:
"Fevralın sonunda 1 dollar almaq üçün 55,5 rubl ödəmək lazım idisə, indi hər ABŞ valyutası üçün 57,5 rus pulundan keçmək lazımdır. Doğrudur, məzənnə fərqi kəskin deyil, amma aydındır ki, Moskva inzibati yollarla rubla olan təzyiqləri neytrallaşdırır. Moskvanın inzibati metodlarla rublu uzun müddət bu intervalda saxlaya bilməsi inandırıcı görünmür və elə bunun özü yaxın gələcəkdə Rusiya üçün ciddi xərcə çevriləcək. Londonda başlanan gərginlik Moskva ilə Avropanın digər paytaxtları arasında münasibətləri daha da pisləşdirəcəyi və köhnə qitədən yeni sanksiyalar tətbiq ediləcəyi halda rublu xilas etmək çətin olacaq".
İqtisadçı qeyd edib ki, Qərblə münasibətlərin gərginləşməsi fonunda şimal qonşumuzda yenidən dollarlaşma prosesi sürətlənir:
"Bütün bunlarla yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim üçün də əhəmiyyətlidir. Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracatımızın 553 milyon dolları Rusiya bazarına yönəlib. Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür. Deməli, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Bu baxımdan da rublun dəyərsizləşməsi manata təzyiqləri artıra bilər".Axar.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































