Azərbaycan Birləşmış Ərəb Əmirliklərinə nar ixrac edəcək

Azərbaycan Birləşmış Ərəb Əmirliklərinə nar ixrac edəcək

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 10 milyon dollar həcmində nar tədarük edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov mətbuat konfransı zamanı deyib.

R.Məmmədov qeyd edib ki, nar şirəsinin Səudiyyə Ərəbistanına tədarükü ilə də bağlı müqavilələr imzalanıb.

Bundan başqa, Polşa və İtaliya ilə müvafiq olaraq 120 və 130 min dollar həcmində fındıq tədarükü barədə müqavilələr imzalanıb. Eyni məhsul həmçinin İsveçrəyə də tədarük ediləcək.

Digər müqaviləyə əsasən Qırğızıstana 30 min dollar dəyərində üzüm və şərab ixrac ediləcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az