Azərbaycan 2013-2017-ci illərdə Gürcüstan iqtisadiyyatına 3 mlrd. ABŞ dolları məbləğində investisiya qoyub və bu baxımdan, son 5 ildə digər xarici ölkələr arasında 1-ci yerdə olub.
Bu barədə "Report"un Gürcüstan bürosu ölkənin Milli Statistika Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, təkcə ötən il Gürcüstan iqtisadiyyatına 1 861,9 milyon dollar pul qoyulub. Bunun da 482,1 milyon dolları və yaxud 25,9%-i Azərbaycanın payına düşüb. Hazırda qonşu ölkədə Azərbaycan kapitallı 1 300-ə yaxın şirkət fəaliyyət göstərir. O cümlədən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda uğurla fəaliyyət göstərən xarici şirkətlərdən biridir.
Azərbaycandakı Gürcüstan kapitallı şirkətlərin sayı isə 300-dən çoxdur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 17% artıb.
Gürcüstana ən çox investisiya qoymuş ölkələrin ilk beşliyinə Azərbaycandan başqa, Türkiyə (279 mln. dollar), Böyük Britaniya (250,4 mln. dollar), Niderland (224,3 mln. dollar) və Çexiya (133,8 mln. dollar) daxildir.
2017-ci ildə Gürcüstanda xarici investisiyalar ən çox nəqliyyat və rabitə, maliyyə, tikinti, energetika və daşınmaz əmlak sektorlarına yatırılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































