Rusiya Azərbaycanda yenidən fəallaşır

Rusiya Azərbaycanda yenidən fəallaşır
Rus nazir Bakıya gəlir: Xüsusi qrup yaratmışıq

Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkin aprel ayında Bakıya səfər edəcək.

Mediainfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu "Moskva-Baku" portalına müsahibəsində Oreşkinin özü söyləyib.

"Apreldə Bakıya yenidən səfər etməyi planlaşdırıram. Rusiya və Azərbaycanın çoxlu layihələrlə bağlı aktiv gündəmi var. Hələlik bunun haqqında danışmayaq və mənim Bakı səfərimi gözləyək.

Rusiya-Azərbaycan ticari, iqtisadi əlaqələri aktiv inkişaf edir. Biz Azərbaycanla bu istiqamətdə əlaqələrin güclənməsi üçün xüsusi qrup yaratmışıq. Azərbaycanla qarşılıqlı münasibətlər çox önəmlidir", – deyə o bildirib.

Qeyd edək ki, Oreşkin sonuncu dəfə Azərbaycana keçən ilin dekabrında gəlib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az