2015-ci ildə baş verən devalvasiyalardan sonra xüsusilə paytaxtda geniş vüsət alan tikinti bumu sönməkdədir. Amma buna baxmayaraq, yeni tikililərin sayı da az deyil. Həmin binaların çoxunda isə yaşayış yoxdur. Bunu gecə vaxtı şəhərdə aparılan kiçik müşahidə ilə də təsdiqləmək mümkündür. Əhalinin banklara etibarlılığınını azalması fonunda kiçik və orta sərmayəçilər öz maliyyə vəsaitləri üçün ən etibarlı "sığınacaq" rolunda daşınmaz əmlakı görürlər...
"Bir adam eyni binada 10 mənzil alır"
Bakıdakı yeni çoxmərtəbəli binaların əksəriyyərinin boş olmasının əsas səbəblərini Modern.az-a "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov açıqlayıb. O qeyd edib ki, bəzən köhnə tikililərin əksəriyyətində də gecələr mənzillərdə işıqlar yanmır:
"Kimisi toya gedir, kimisi yatır və s. Bu da normaldır. Amma yeni tikililərin hansılarında ki, yaşayış var, orada mənzillərin hamısı satılıb.
Yeni tikililərin bəzilərində mənzillərin 93-97 faizi, əksəriyyətində 100 faizi satılıb.
Amma yeni tikililərin bəzilərindəki mənzillər satılsa da təmirsizdir. Yəni yaşayış yoxdur. Biri bu cür evləri əsasən, investisiya məqsədilə, biri övladının gələcəyi üçün, yaxud nağd pulu əlində saxlamamaq üçün və s. alır. Yəni hərə bir niyyətlə alır. Onların hamısı sırf yaşayış üçün alınmır. Ola bilir ki, hətta bir şəxs eyni binada 10 mənzilə sahib olur. Burada pis nə isə yoxdur".
Banklara etibar yoxdur...
Ekspert bildirir ki, insanların banklara etibarı olmadığından öz vəsaitlərini daşınmaz əmlaka yatırmağa daha çox üstünlük verirlər:
"Vəsaitin risklərdən qorunması halları dünya ölkələrində də müşahidə edilir. Ümumiyyətlə, ölkə üzrə tikintinin həcmi mövcud tələbi ödəmir. Yaxın Rusiyada adambaşına ildə 0,4 kvadratmetr mənzil tikilir və istismara verilir. Amma bizdəki göstəricilər bundan 2 dəfə aşağıdır. Bu onu deməyə əsas verir ki, bizdə vətəndaşların mənzillə təminatında problemlər mövcuddur. Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması üçün tikintinin artırılmasına ehtiyac var. Çünki əhalinin əksər hissəsi evsizdir".
Daha çox yeni tikili Nərimanovdadır
N.İbrahimov bildirib ki, 2017-ci ildən etibarən ilkin mənzil bazarında qiymətlərdə artım müşahidə edilir:
"Xüsusilə yeni təməli qoyulan, pilot layihə olan binalarda qiymətlər köhnə qiymətlərdən çox fərqlənir. Məsələn, 2017-ci ilin 4-cü rübünə qədər yeni tikililərin 1 kvadratmetri 1000-1100 manata satılırdısa, hazırda həmin binalarda qiymətləri dollara çeviriblər. Təməli ötən il qoyulan binalarda1 kvadratmetri1600 manatdan aşağı təklif edilən mənzil yoxdur".
N.İbrahimov deyib ki, yeni tikililərin çoxluğuna görə ilk sırada Nərimanov rayonu, sonra Nəsimi, daha sonra Xətai rayonu durur.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































