Ağ Evdə təcili toplantı: 7 ölkəyə toxunan qərar

Ağ Evdə təcili toplantı: 7 ölkəyə toxunan qərar

ABŞ Prezidenti Donald Tramp polad və alüminium sənayesi rəhbərləri ilə Ağ Evdə təcili toplantı keçirəcək.

Toplantıda Tramp polad və alüminium idxalında milli təhlükəsizliyin qorunması naminə tətbiq ediləcək məhdudiyyətlər mövzusunda uzun müddətdir gözlənilən qərarı açıqlayacaq.

Bundan başqa, polad və alüminium idxalında gömrük vergisinin tətbiqi məsələsi də müzakirə ediləcək.

İlkin ehtimallara görə, Tramp polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz vergi tətbiq etmək niyyətindədir.

Donald Trampın gömrük vergisi qərarının Türkiyə, Çin, Misir, Hindistan, Rusiya, Cənubi Afrika və Braziliyaya idxal edilən mallara aid ediləcəyi qeyd edilib.Teleqraf.com

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az