Gömrük Komitəsi büdcəmizə 446 milyon manat köçürüb

Gömrük Komitəsi büdcəmizə 446 milyon manat köçürüb

2018-ci ilin yanvar-fevral ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 446 milyon manat vəsait köçürülüb.

Bu barədə fevralın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Xaçmaz şəhərində şimal bölgəsindən olan vətəndaşların qəbulu zamanı jurnalistlərə açıqlamasında məlumat verib.

"İlin əvvəlində dövlət büdcəsinə 446 milyon manatdan artıq vəsait köçürülüb. Bu da ötən ilin müvafiq dövrü ilə, eyni zamanda, bu ilin bölgüsü ilə müqayisədə proqnozun artıqlaması ilə yerinə yetirilməsi deməkdir", - deyə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.AzərTac

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az