Rusiyada işsizlərin sayı artıb

Rusiyada işsizlərin sayı artıb

Rusiyanın məşğulluq orqanlarında rəsmi qeydiyyata alınan işsizlərin sayı bir həftə ərzində 0,9% artıb.

"Report" "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hazırda ölkədə rəsmi işsizlərin sayı 800 630 nəfərdir. Rusiyanın 78 regionunda onların sayında artım müşahidə olunur.

Bununla belə, illik müqayisədə işsizlərin sayı azalıb. Bir il əvvəl isə rəsmi qeydiyyata alınmış işsizlərin sayı 927 380 nəfər olub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az