Əmlak Məsələləri Dövlət Komitəsi martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.
Hərraca 23-ü səhmdar cəmiyyəti, 5-i kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsi olmaqla 55 dövlət əmlakı çıxarılıb.
İnvestorlara təklif olunan kiçik dövlət müəssisə və obyektlərinin 4-ü torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Həmin əmlaklar Şirvan şəhərində, Zaqatala, Ağstafa və Cəlilabad rayonlarında yerləşir. Onların arasında Şirvandakı Mexanizasiya Sahəsi, Zaqataladakı 9 saylı Səyyar Mexanikləşdirilmiş Dəstə kimi iri dövlət əmlakları var.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Hacıqabulda yerləşən 12/1 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişli obyektdir. Obyektin ümumi faydalı sahəsi 70 kv.m-ə yaxındır.
Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 6-sı paytaxtda, 8-i Sumqayıtda qalanları isə Mingəçevir şəhərində, Ağdaş rayonunda yerləşir. Hərraca çıxarılan belə əmlakların sahəsi 18 - 124 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Mingəçevir Qum Çınqıl", "Yevlax Kəndkimya Təchizat", "Astara çay-3", "Şıxlar Broyler", "Ağcabədi Aqrotexservis", "Ucar ağac emalı" kimi səhmdar cəmiyyətlər var. Onların özəlləşdirməyə çıxarılmış səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları da müxtəlifdir. Həmin avtomobillərin buraxılış tarixləri 2004-2008-ci illəri əhatə edir. Report
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































