Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Türkiyədə də media qurumu almaq niyyətindədir.
Türkiyədəki media qurumlarından daxil olan məlumata görə, SOCAR rəhbəri niyyətini gerçəkləşdirmək üçün araşdırmalar aparılması barədə tapşırıq verib.
Xatırladaq ki, SOCAR 2006-cı ildə Türkiyə bazarına daxil olaraq, özünün törəmə şirkəti olan "SOCAR Turkey Enerji"ni yaradıb.
Şirkətin Türkiyə iqtisadiyyatına sərmayə portfeli 19,5 mlrd.dollar həcmində qiymətləndilir. "SOCAR Turkey Enerji" şirkətinin rəhbəri Zaur Qəhrəmanov Türkiyənin "Capital" nəşrinə müsahibəsində deyib ki, vəsait 2021-ci ilə qədər yatırılacaq. İndiyədək SOCAR-ın Türkiyə iqtisadiyyatına sərmayələri 12,6 mlrd.dollar təşkil edib. Vəsaitin qalan həcmi 2018, 2019 və 2020-ci illərdə yatırılacaq. O vurğulayıb ki, dünyanın 13 ölkəsində fəaliyyət göstərən SOCAR-ın xarici sərmayələrinin ən çox həcmi Türkiyənin payına düşüb.
Bildirilir ki, məhz bunları nəzərə alan SOCAR prezidenti şirkətin fəaliyyətinin daha geniş miqyasda işıqlandırılması üçün qonşu ölkədə media qurumu alacaq.
Modern.az məsələni dəqiqləşdirmək üçün SOCAR-a müraciət edib. Qurumun cavabı isə qısa və konkret olub:
"Belə bir niyyətimiz yoxdur"
Amma SOCAR-ın belə niyyətinin olub-olmadığını zaman göstərəcək...Big.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































