Rusiyanın "Metrovaqonmaş" ASC və "Bakı Metropoliteni" QSC yeni qatarların alışı üçün müqavilə imzalayıb.
Trend-in məlumatına görə, müqaviləyə əsasən Rusiya şirkəti Azərbaycana iki beşvaqonlu qatar tədarük edəcək.
Vaqonların xidmət müddəti 31 il təşkil edir. Müqaviləni "Metrovaqonmaş" ASC-nin baş direktoru Boris Boqatıryov və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov imzalayıb.
Yeni vaqonların ilk hissəsinin Bakıya göndərilməsi bu ilin martında nəzərdə tutulub. Müqavilənin icrasının 2018-ci il ərzində başa çatması gözlənilir.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən yeni qatarların alınması faktını təsdiqləyiblər.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev Trend-ə bildirib ki, QSC "Metrovaqonmaş"la müqavilə imzalayıb:
"İki yeni qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Hər biri 5 vaqondan ibarət qatarlar 4-cü nəsil texnologiyalıdır. Bu qatarlar sonuncu dəfə aldığımız qatarlardan bir neçə üstünlüyü ilə fərqlənir, kondisioner sistemi ilə də təchiz olunub. Qatarların 2018-ci ildə Bakıya gətirilməsi planlaşdırılır".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































