Multimilyarder Bill Qeyts bildirib ki, o və başqa zəngin amerikalılar ABŞ xəzinəsinə indi ödədiklərindən daha çox vergi ödəməlidirlər.
"Trend"in məlumatına görə, o, bu barədə "CNN" telekanalına müsahibəsində deyib. B.Qeyts bildirib: "Mən hər bir insandan çox vergi ödəmişəm, 10 milyon dollardan artıq. Lakin hökumət mənim kimi insanlardan daha yüksək ödəniş tələb etməlidir".
"Microsoft"un banisi ABŞ prezidenti Donald Trampın imzaladığı vergi islahatları layihəsini bəyənmir. Onun spzlərinə görə, yeni vergi islahatları layihəsi imkanlı insanların həyatını asanlaşdıracaq və orta təbəqənin vəziyyətinə heç bir təsir etməyəcək.
Qeyd edək ki, Bill Qeyts uzun zaman planetin ən varlı adamı olub. Lakin indi planetin ən varlı adamı "Amazon"un banisi Ceff Bezosdur. B.Qeytsin sərvəti 90 milyard dollar təşkil edir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































