Neftdən, rezin, kauçuk plastik maddələr alındığını yəqin ki bir çoxumuz bilirik. Bəs əksini necə? Məsələn təkərdən kauçukdan neft almaq olarmı?
"Qafqazinfo" "Xəzər TV"yə istinadən xəbər verir ki, paytaxt sakini Ramin İsmayılov kustar üsulla düzəltdiyi avadanlıq vasitəsi ilə plastik tullantılarından neft əldə edir. Hətta həmin neftdən digər bir avadanlıq vasitəsi ilə həm benzin, həm də dizel yanacağı əldə edə bilir.
Neftin alınması üçün işlənmiş təkər, plastik qablar və sellofanlar sobanın içinə yığılır, qapağı möhkəm şəkildə bağlanılır və altı yandırılır. Daha sonra həmin tullantılar buxar halında borulara dolur.
1 saata yaxın çəkən bu prosesdən sonra xüsusi çəndə toplanan nefti götürmək olur. Bu üsulla 100 kq tullantıdan 75 litrə kimi neft almaq mümkündür. Eyni üsulla işləyən digər avadanlıq isə nefti dizel və benzin yanacağına çevirməyə imkan verir.
Ramin İsmayılov bu üsulla hər iki növ yanacağı da əldə edə bilir. Onun sözlərinə görə bu yanacaqları müxtəlif sahələrdə istifadə etmək olar.
İxtiraçının sözlərinə görə hətta benzin yanacağını da süzgəcdən keçirib oktan ədədini öyrəndikdən sonra həttə minik avtomobillərində də istifadə etmək olar. R.İsmayılovun əsas istəyi maliyə dəstəyi taparaq bu avadanlığın daha böyük və təkmil formasını hazırlamaqdır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































