Azərbaycanda yanvarda 3,4 mln. ton neft hasil edilib

Azərbaycanda yanvarda 3,4 mln. ton neft hasil edilib

Bu ilin yanvar ayında Azərbaycanda qaz kondensatı daxil olmaqla 3 360,7 min ton xam neft hasil edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft hasilatının həcmi illik müqayisədə 0,2% azalıb.

Hasil edilən neftin 3 356,7 min tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin yanvar ayında 2 486,8 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, onun da 1 576,6 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Ötən ay qaz hasilatı 0,7% artıb, əmtəəlik qazın həcmi isə 5,9% azalıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az