30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
11 Sentyabr 13:33
ABŞ-ın FTB, CIA və Milli Təhlükəsizlik Agentliyi amerikalıları "Huawei" smartfonlarından və bu şirkətin servislərindən istifadə etməməyə çağırıb.
"Qafqazinfo" "Technote"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Senatda çıxış edən xüsusi dövlət orqanlarının təmsilçiləri bildiriblər ki, "Huawei" şirkətinin rəhbərliyi Çin hökuməti ilə sıx əlaqədədir və çox güman ki, onun xüsusi orqanları ilə əməkdaşlıq edir.
"Məlumat yığaraq və öz istehsalı olan smartfonları dinləyərək "Huawei" ABŞ telekommunikasiya infrastrukturuna təzyiq göstərə bilər. Bu məlumatın toplanması, oğurlanması və yerinin təyin olunmadan izləməsi imkanını verir", – deyə FTB direktoru bildirib.