Ermənistanda sərhədyanı bölgədə yaşayan sakindən Azərbaycan ərazisində saxladığı avtomobilə görə əmlak vergisi tələb olunur.
Epress.am saytının yaydığı məlumata görə, Ermənistanın Çəmbərək şəhərinin sakini Samvel Arakelyana yerli icma administrasiyadan məktub daxil olub.
Həmin məktubda vəziyyətin daha da çətinləşməməsi üçün onun qəti tədbirlər görməsi və QAZ-69 markalı avtomobilinə görə 160 dollar məbləğində əmlak vergisi ödəməsi tələb olunub.
Məsələ ondadır ki, həmin avtomobili Arakelyan 26 il əvvəl Azərbaycanda qoyub.
"Atamın Arsvaşendə (tarixi və indiki adı Başkənd; Gədəbəy rayonu ərazisində yerləşir) nasaz "Villis"i var idi. İndi ona görə əmlak vergisi ödəməyimi istəyirlər", - deyə Arakelyan Express.am müxbirinə bildirib.
Onun sözlərinə görə, Çəmbərək icma administrasiyası əllərində olan sənədlərə əsasən, borcun yığıldığını bildirir.
"Deyirlər, gərək ödəyəsən ki, problemin həll olunsun".
Arakelyan məktuba hər hansı reaksiya göstərmək fikrində deyil. Belə ki, bu tələbin absurd olduğunu düşünür.
"Qoy mənim "Villisim"i qaytarsınlar, onda mən on qat pulunu ödəyərəm", – deyə o bildirib.(oxu.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































