"Şahdağ" turizm mərkəzinə dəmir yolu xətti çəkiləcək

"Şahdağ" turizm mərkəzinə dəmir yolu xətti çəkiləcək

"Xaçmaz istiqamətinə olan dəmir yolu xətti yenidən inşa olunur".

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları"nda son üç ilin yekunlarına həsr olunmuş yığıncaqda QSC sədri Cavid Qurbanov bildirib.

C. Qurbanovun sözlərinə görə, Bakı-Yalama stansiyası yenidən təmir olunacaq, buradan elektrik qatarları buraxılacaq.

"Xudat stansiyasından sola dönməklə Qusarın üzərindən keçməklə Şahdağa qədər olan yolun çəkilişi üçün layihələndirmə işlərini hazırlayırıq. Gələcək üçün isə Qəbələdə qış-istirahət mərkəzi ilə "Şahdağ" qış-istirahət mərkəzini tunel vasitəsi ilə bir-birinə birləşdirməyi düşünürük. Bir növ dairə alınacaq", - deyə C. Qurbanov əlavə edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.06.17

2026.06.16

2026.06.15

2026.06.14

2026.06.13

2026.06.12

2026.06.11

2026.06.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az