Neft Fondu Mərkəzi Banka dörd milyard manata yaxın vəsait ayırdı

Neft Fondu Mərkəzi Banka dörd milyard manata yaxın vəsait ayırdı

Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası çərçivəsində 6 100,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Moderator.az xəbər verir ki, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 105,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 milyon manat vəsait ayrılıb.

17,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.

Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə 3 949,5 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib. "Star" neft emalı kompleksinin tikintisinə 735,4 milyon manat vəsait ayrılıb.

2017-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər 18,1 milyon manat təşkil edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az