Aİ Azərbaycanın beş tankerini sanksiyalardan çıxarıb
25 Aprel 14:13
Dövlət Neft Fondunun 2017-ci il ərzində büdcə gəlirləri 12 137,5 milyon manat, büdcə xərcləri isə 11 015,5 milyon manat təşkil edib.
Fonddan verilən xəbərə görə, 2017-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 053,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 030,0 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 17,9 milyon manat olub.
Ötən il ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 083,6 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar gəliri 876,2 milyon manat olub. moderator.az