Rusiyanın "AB-Mərkəz" aqrobiznes analitik-ekspert qrupunun mütəxəssisləri kartof və tərəvəzlər bazarının növbəti həftəlik icmalını hazırlayıb. Ekspert qrupunun araşdırmasına görə, Azərbaycandan Rusiyaya idxal olunan pomidorun qiymətində ay ərzində 8,1 faiz azalma olub.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yanvar ayının 26-da monitorinqə başlanılıb və həmin vaxt Azərbaycandan idxal olunan çəhrayı pomidorların bir kiloqramının qiyməti 150-190 rubl (4.46 – 5.64 manat) təşkil edib. Bu qiymət əsasən orta və ya böyük ölçülü pomidorlara aiddir. Bazarlarda pomidorun orta qiyməti isə 170 rubl olub (5.05 manat). Monitorinq aparılan həftədə pomidorun qiymətində 1,5 faiz artım olub, bir ay ərzində isə 8,1 faiz azalıb.
Qırmızı sulu Azərbaycan pomidorları isə orta hesabla 177.5 rubla (5.27 manat) satılıb. Bir həftə ərzində 5,3 faiz, ay ərzində isə 12,3 faiz azalma baş verib.
Hazırda Bakı bazarlarında pomidorun 1 kiloqramının qiyməti 1.5 manatdan 4-5 manat arasında dəyişir.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































