Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan "SOCAR Polymer"in polipropilen istehsalı qurğusu bu ilin II rübündə, iyun ayında istehsala başlayacaq.
Mediainfo.az "Report"-a istinadən xəbər verir ki, bunu "SOCAR Polymer" MMC-nin planlama şöbəsinin müdiri Vüqar Aslanov bildirib.
Onun sözlərinə görə, sınaq-sazlama işlərinə aprel ayında başlanacaq: "Hazırda polipropilen qurğusu üzrə ümumi işlərin 97,2%-i icra olunub. Detallı mühəndislik işləri 99,9%, satınalma işləri 100%, istehsalat və çatdırılma 99,6%, tikinti işləri 93,4% tamamlanıb".
V.Aslanov qeyd edib ki, oktyabr ayından noyabrın 15-dək zavodda planlı dayanma olacaq: "Buna səbəb müəssisəni xammala təmin edəcək "Azərikimya"nın Etilen-Polietilen Zavodunda planlı dayanma işlərinin həyata keçirilməsidir".
"SOCAR Polymer" rəsmisinin sözlərinə görə, bu il Polipropilen Zavodunda 70-71 min ton polipropilen istehsalı nəzərdə tutulur. O həmçinin əlavə edib ki, gələn il isə zavod tam istehsal gücündə çalışacaq və 180 min ton məhsul istehsal olunacaq.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































