Qobustanda sement xammalına yararlı yataq aşkarlanıb

Qobustanda sement xammalına yararlı yataq aşkarlanıb

Qobustan rayonu ərazisində axtarış işlərinin nəticəsi olaraq sement xammalına yararlı perspektiv Ceyrankeçməz mergel yatağı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aşkar edilmiş perspektivli sahədə axtarış-qiymətləndirmə işləri aparılıb. Xammalın ehtiyatları C2 kateqoriyası ilə 1710 min m3 həcmində hesablanıb.

Göygöl rayonunda Çənlibel əqiq-xalsedon və Dozular əhəngdaşına perspektivli sahələr ayrılıb. Ayrılmış perspektiv sahələrdə axtarış-qiymətləndirmə işləri aparılıb. P1 kateqoriyası ilə 1470 kq əqiqin, 5502 kq xalsedon üçün proqnoz resurslar hesablanmışdır. Dozular əhəngdaşı yatağında isə sement istehsalına yararlı əhəngdaşının C2 kateqoriyası ilə 9 600 min m3 ehtiyatı hesablanıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az