Məşhur azərbaycanlı müğənni sabun biznesinə girişir

Məşhur azərbaycanlı müğənni sabun biznesinə girişir

Müğənni nadir Qafarzadə yeni biznes quracaq.

"Qafqazinfo"nun məlumatına görə, sənətçi bu haqda "Lider maqazin"ə açıqlamasında deyib.

O bildirib ki, övladlarının gələcəyi üçün sabun zavodu açmağı planlaşdırır:

"Sosial şəbəkədə bu haqda paylaşım etdim, insanlar bunu yanlış yerə yozdular. Həqiqətən də sabun biznesi qururam. Bu, bir brend olacaq.

Hər sabunun ətrinə görə adı olacaq. Hətta şou-biznes nümayəndələrinin adını qoyacam. Məsələn, Roza adını verəcəm. İndi Roza Zərgərli mənlə dava edəcək? Orada ətirlər də yer alacaq. İstəyirəm milli brendimizi yaradım. Mən tarixdə qalacam. Həm kəşflərimlə, həm fikirlərimlə yaddaşlarda olacam".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az