Bank sektorunun ən aktual mövzularından biri də bankların məcmu kapitalının 50 milyon manat olmasıdır. Mərkəzi Bankının İdarə Heyəti hələ 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalını 50 milyon manatadək artırılması ilə bağlı tələb irəli sürmüşdü. Mərkəzi Bank 2013-cü ilin sonuna qədər ölkədəki banklara məcmu kapitalını 50 milyon manata qədər artırmaq üçün vaxt vermişdi. Daha sonra qoyulan vaxt 2015-ci ilin yanvarın 1-nə qədər uzadıldı.
Mərkəzi Bankın bu qərarında əsas məqsədi daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankların öz maliyyə dayanıqlığını təmin etməsi, bankların ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara biləcək mümkün zərərlərdən qorunması və əmanətçilərin və investorların bank sisteminə etimadını artırmasıdır.
İqtisadçılar hesab edir ki, Mərkəzi Bankın məcmu kapitalla bağlı banklara qoyduğu vaxt 2015-ci ildə bitsə də, banklara güzəşt məqsədilə həmin vaxt qeyri-müəyyən vaxta qədər uzadılıb. Lakin vaxtın hansı günə qədər uzadıldığı məlum olmasa da, Mərkəzi Bankın güzəşt limitinin də sonsuz olmadığı bəllidir.
2017-ci ilin nəticələrinə görə, nizamnamə kapitalını 50 milyon manata qaldıra bilməyən banklar bunlardır:
NBC Bank - 45 065
Günay Bank - 43 529
Ziraat Bank - 40 117
Bank Avrasiya - 37 699
Bank Melli İran - 36 587
Pakistan milli bankı - 10 213
Axar.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































