"Bank of Baku"nu bağlanma təhlükəsi gözləyir

"Bank of Baku"nu bağlanma təhlükəsi gözləyir

"Bank of Baku"nun lisenziyasının ləğv edilmə riski var.

"Ölkə.Az" bankın hesabatlarına əsasən xəbər verir ki, bank ötən ili 13 milyon 413 min manat kapital əksiyi ilə başa vurub. Belə ki, sözügedən bankın cari ilin yanvar ayının 1-nə olan kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 milyon 280 min manat və ya 47,7% azalaraq 36 milyon 587 min manata bərabər olub.

Bundan başqa bankın öhdəlikləri də 113 mln. 469 min manat və ya 23,8% azalaraq 363 mln. 272 min manata bərabər olub. Sözügedən bankın aktivləri də 149 mln. 749 min manat və ya 27,2% azalaraq 399 mln. 860 min manata bərabər olub.

Bankda əmanətlərin həcmi də ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 mln. 300 min manat və ya 14,9% azalıb.

Qeyd edək ki, bankın kapital göstəricisi bank qanunvericiliyində nəzərdə tutulan tələbdən 13 milyon 413 min manat azdır. Bu da bankların lisenziyasının ləğv olunmasına başlıca səbəblərdən biridir. Bundan başqa sözügedən bank əmanət qəbulunu da dayandıraraq vəziyyətinin ürəkaçan olmadığını bildirir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az